Heyvanlarda kamuflyaj


Heyvanlardakı müdafiə taktikalarının ən əhəmiyyətlilərindən biri də şübhəsiz ki, kamuflyajdır. Kamuflyaj edən canlılar yaşadıqları mühitə son dərəcə uyğun şəkildə yaradılan bədən strukturları ilə sanki xüsusi bir qoruma altına alınmışlar. Bu canlıların bədənləri yaşadıqları mühitlə o qədər uyğundur ki, şəkillərinə baxdıqda bəzilərinin bir bitkiyə, yoxsa bir heyvana aid olduğunu anlamaq, ya da eyni mühitdə olan heyvanla bitkini bir-birindən fərqləndirmək demək olar ki, qeyri-mümkündür.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Çox Təsirli Taktika

Kamuflyaj edən canlılar yaşadıqları mühitə son dərəcə uyğun şəkildə yaradılmış bədən quruluşları, formaları, rəngləri və naxışlarıyla xüsusi xüsusi şəkildə qorunurlar. Bu canlıların bəzilərinin bədənləri yaşadıqları mühitlə o qədər uyğundur ki, ətraflarındakı bitkilərdən fərqlənmələri son dərəcə çətindir.

Bəzi böcək növləri kütləvi halda kamuflyaj edərək düşmənlərindən qorunurlar. Məsələn, Madaqaskarda yaşayan tropik hemiptera növü olan Phiatidlerin qanadları parlaq və rənglidir. Ağac gövdəsində kütləvi halda istirahət etdikləri zaman böcəkdən çox çiçəyə bənzəyirlər. Bu da böcək axtaran ovçuları yanıldır. (Marco Ferrari, Colors for Survival, Barnes and Noble Books, New York, 1992, s. 41)

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Fəsillərə Görə Tüklərini Dəyişdirən Canlı: Qütb Quşları

Qütb quşlarını olduqları yerdə görə bilmək qeyri-mümkündür, çünki tüklərində təbii mühiti təqlid edə bilmələrini təmin edən mükəmməl bir kamuflyaj qabiliyyəti var.

Qış mövsümü gəldikdə qütb quşlarının bədənlərində möcüzəvi bir dəyişiklik yaşanır. Tünd rəngli tüklərin hamısı yox olur və yalnız ağ tüklər qalır. Qar arasında dümağ quşu görmək qeyri-mümkündür.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Böyük Kamuflyaj Ustası: Buqələmun


Kamuflyaj sənətinin ən böyük ustalarından biri şübhəsiz buqələmundur. Buqələmun xüsusilə kamuflyaj sürəti ilə heyrətamizdir. Digər bir çox sürünən də, rəng dəyişdirmə qabiliyyətinə sahib olduğu halda, heç biri bunu buqələmun qədər sürətlə yerinə yetirə bilmir.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Patoo

Allah, patoo adı verilən quşa "təqlid edə bilmə" qabiliyyəti vermişdir. Patoo ağac kötüyünə qonur və tükləri ilə eyni rəngdə olan kötükdə heç görünmür. Lakin yanına yaxınlaşdıqca təqlidini daha mükəmməlləşdirmək üçün hərəkət etməyə başlayır. Çox yavaş bir şəkildə quyruğunu endirir və onu ağac kötüyünün dəliyinə soxur. Beləliklə, quşla ağacın birləşmə yeri tamamilə nəzərdən itir. Sonra yenə eyni yavaşlıqda, dimdiyi dik olaraq səmaya dönənə qədər başını qaldırır və gözlərini yumur.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Böcəklər Dünyasındakı Kamuflyajçılar

Böcəklər də həm özlərini qorumaq, həm də asan ovlanmaq üçün kamuflyaj texnikalarından istifadə edirlər. Bəzi böcəklər özlərini yarpağa bənzədirlər. Bu bənzərlik elə mükəmməldir ki, yarpağın formasından üzərindəki damarlara qədər heç bir təfərrüat nəzərdən qaçmamışdır. Bəzilərinin qanadında saralmış bir yarpağın üzərindəki çürüklərə, ləkələrə bənzəyən naxışlar var, bəzisi isə özünü qopmuş yarpaq şəklinə bürümüşdür.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Cüyürlərin Kamuflyaj Xüsusiyyəti

Ana cüyür balasının kamuflyaj xüsusiyyətini onun üçün üstünlük olaraq istifadə edir. Balasını kolluqların arasında bir yerdə gizlədir və onun oturmasını təmin edir. Bala cüyürün qəhvə rəngi dərisinin üzərindəki ağ xallar günəş işığı ilə qarışır və uzaqdan baxdıqda bala cüyür qətiyyən görünmür.Üzərindəki ağ xallar kolların arasında yerə düşən günəş şüalarının əksi kimi görünür.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS