Heyvanlarda kamuflyaj


Heyvanlardakı müdafiə taktikalarının ən əhəmiyyətlilərindən biri də şübhəsiz ki, kamuflyajdır. Kamuflyaj edən canlılar yaşadıqları mühitə son dərəcə uyğun şəkildə yaradılan bədən strukturları ilə sanki xüsusi bir qoruma altına alınmışlar. Bu canlıların bədənləri yaşadıqları mühitlə o qədər uyğundur ki, şəkillərinə baxdıqda bəzilərinin bir bitkiyə, yoxsa bir heyvana aid olduğunu anlamaq, ya da eyni mühitdə olan heyvanla bitkini bir-birindən fərqləndirmək demək olar ki, qeyri-mümkündür.

Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır. (İsra 44)

Yaşadıqları mühitin rənglərinə görə öz rənglərini dəyişdirən canlılar hər zaman elm adamlarının diqqətini cəlb etmişdir. Aparılan tədqiqatlar bir canlının özündən tamamilə fərqli quruluşdakı bir canlıya necə eynilə bənzədiyi sualının cavabını tapa bilmək üçündür.

Məsələn, bağçada gəzərkən yarpaq zənn etdiyiniz üçün az qala ayaqladığınız qurbağanın hansı  əməliyyatları apararaq o naxışlara və rəngə sahib olduğunu heç düşünmüşdünüzmü? Qurbağanın kamuflyajı onun üçün çox əhəmiyyətli müdafiə vasitəsidir. Bu sayədə yaşadığı mühitdə görünməz hala gələn qurbağa düşmənlərindən asanlıqla xilas olur.

Çəhrayı çiçəyin üzərindəki çəhrayı hörümçək, çiçəkdəki tünd və ya açıq çəhrayı rəngi eynilə təqlid edərkən, eyni növ hörümçəyin başqa bir növü fərqli bir çiçəyin üzərində -məsələn, sarı çiçəyin üzərində - sarı rəngə bürünür.

İnsan budağa baxıb üzərində heç nə olmadığını zənn edərkən birdən bir kəpənək uçub gedir. Bir saniyə əvvəl üzərindəki qurumuş və qopmuş naxışlarına qədər eynilə bir yarpağa bənzəyən bu kəpənək kamuflyaj möcüzəsinin qüsursuz nümunəsidir. 

Canlıların üzərlərində olduqları cisimlərə bənzəməsi düşmənlərinin onları görmələrinin qarşısını alır. Əlbəttə, kamuflyaj edən canlılar qorunmaq məqsədiylə bədənlərini yarpağa, budağa, ya da bir çiçəyə öz-özünə bənzətmirlər. Hətta onlar bu bənzərliklər sayəsində qorunduqlarının fərqində belə deyillər. Amma buna baxmayaraq istisnasız bütün nümunələrdə kamuflyaj çox ustalıqla edilir. Çiçəyin rəngiylə eyni olan böcək, yarpaq budağı kimi hərəkətsiz dayanan ilan, yaş torpağın rənginə bürünən qurbağa, qısacası kamuflyaj edən bütün canlılar, kamuflyajın xüsusi olaraq yaradılmış müdafiə taktikası olduğunu sübut edən bir dəlildir.

Heç bir canlı bu əməliyyatı öz-özünə, ya da təsadüfən həyata keçirə bilməz. Əlbəttə ki, canlılara kamuflyaj qabiliyyətini verən, rənglərini dəyişmək üçün kimya laboratoriyalarını bədənlərinə yerləşdirən üstün ağıl və məlumat sahibi olan Allahdır.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 yorum:

Yorum Gönder