Çox Təsirli Taktika

Kamuflyaj edən canlılar yaşadıqları mühitə son dərəcə uyğun şəkildə yaradılmış bədən quruluşları, formaları, rəngləri və naxışlarıyla xüsusi xüsusi şəkildə qorunurlar. Bu canlıların bəzilərinin bədənləri yaşadıqları mühitlə o qədər uyğundur ki, ətraflarındakı bitkilərdən fərqlənmələri son dərəcə çətindir.

Bəzi böcək növləri kütləvi halda kamuflyaj edərək düşmənlərindən qorunurlar. Məsələn, Madaqaskarda yaşayan tropik hemiptera növü olan Phiatidlerin qanadları parlaq və rənglidir. Ağac gövdəsində kütləvi halda istirahət etdikləri zaman böcəkdən çox çiçəyə bənzəyirlər. Bu da böcək axtaran ovçuları yanıldır. (Marco Ferrari, Colors for Survival, Barnes and Noble Books, New York, 1992, s. 41)

Üzərində yaşadığı çiçəklə eyni rəngdə olan hörümçək, ağac budağı kimi hərəkətsiz dayanan ilan, qurumuş yarpaqla çox oxşar qanadlara sahib olan böcək, üzərində dayandığı bitkilərin rənginə və formasına bürünən qurbağa... Bütün bunlar təbiətdəki kamuflyajın maraqlı nümunələridir. Və bizə kamuflyajın xüsusi yaradılmış üsul olduğunu göstərirlər.

Xərçəng hörümçəklərinin Misumena varia növü üzərinə qonduğu çiçəyin rəngindən asılı  olaraq sarıdan ağa qədər bir çox rəngi bədənində meydana gətirə bilir. (Marco Ferrari, Colors for Survival, Barnes and Noble Books, New York, 1992, s. 52)

Hörümçək növü isə özünü ən yaxşı gizləyəcək rəngi tapana qədər dayanmadan irəliləyir. (Marco Ferrari, Colors for Survival, Barnes and Noble Books, New York, 1992, s. 20) 

İndi bu xüsusi üsulu bir az araşdıraq.

Bəzi canlılar yaşadıqları mühitin bitki örtüyünə uyğun rəng və naxışlara malikdir. Məsələn, saralmış otların arasında sarı xəttli naxışlarıyla gizlənən pələngi ovunun hiss etməsi çox çətindir.
Aslanlar da yaşadıqları çöllərin rəngində yaradılmışlar. Bu sayədə quru otların arasında asanlıqla gizlənirlər. Kamuflyaj etmiş əsgər kimi yavaş-yavaş ovlarına doğru yaxınlaşırlar.

Savannaların quru otları arasında ov ovlayan aslan demək olar ki, görünmür. Çünki aslanın rəngləri ətraf mühitlə qarışır. Uzun otların arasından çitanı tapmaq da çox çətindir, bunun səbəbi yüzlərlə kiçik nöqtənin heyvanın bədənini göstərməməsidir. Bundan başqa çitanın qara nöqtələri günəşin vasitəsilə nəzərə çarpır və bədənini olduğundan daha böyük göstərir. Çita da sahib olduğu təbii kamuflyaj sayəsində hiss etdirmədən ovunu ovlayır. Ov onu hiss etdikdə isə artıq çox gec olur.

Yaşadığı mühitlə mükəmməl bir rəng uyğunluğuna sahib canlılardan biri də qütb ayılarıdır. Qütb ayılarının dümağ kürkləri, dörd mövsüm qar və buzlarla əhatə edilmiş dünyalarında onlara böyük üstünlüklər qazandırır. Qar kimi ağ rəngli olmaları fərq edilmədən ovlarına yaxınlaşmalarını təmin edir. Əgər rəngləri ağ olmasaydı, bu ayıların qütblərdə yemək tapa bilmələri, balalarını bəsləyə bilmələri son dərəcə çətinləşərdi. Bu da qısa müddətdə nəsillərinin tükənməsinə səbəb olardı.

Bunlardan başqa bəzi canlılar da mövsümlərə uyğun kamuflyajlar edirlər. Buna ən gözəl nümunə olaraq qütb quşlarını göstərə bilərik.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 yorum:

Yorum Gönder