Cüyürlərin Kamuflyaj Xüsusiyyəti

Ana cüyür balasının kamuflyaj xüsusiyyətini onun üçün üstünlük olaraq istifadə edir. Balasını kolluqların arasında bir yerdə gizlədir və onun oturmasını təmin edir. Bala cüyürün qəhvə rəngi dərisinin üzərindəki ağ xallar günəş işığı ilə qarışır və uzaqdan baxdıqda bala cüyür qətiyyən görünmür.Üzərindəki ağ xallar kolların arasında yerə düşən günəş şüalarının əksi kimi görünür. Bir neçə metr kənardan keçən düşmən belə bala cüyürü seçə bilmir. Ana cüyür isə balanın gizləndiyi yerin yaxınında dayanaraq onu qoruyur. Ancaq qətiyyən diqqətləri yuvaya cəlb etmir, son dərəcə təmkinli davranır. Yalnız bəsləmək üçün balasının olduğu yerə gəlir. Meşəyə geri qayıtmazdan əvvəl isə balasını burnu ilə itələyərək təkrar yerə oturdur. Bala hərdənbir ayağa qalxsa olsa belə, eşitdiyi ən kiçik bir səsdə dərhal yerə oturur. Bala anasının yanında qaça biləcək vaxta gələnə qədər bu şəkildə gizlənir.

Bu şəkillərdəki Mantislər də olduqları mühitdə gizlənə biləcəkləri rəng və şəkillərə sahibdirlər. Mantistlər yaşadıqları mühitə uyğun olaraq yaradılan canlılardandır. Bəzən bir yarpağın, bəzən də budağın arasında gizlənirlər. Tək silahları bədənlərinin şəkli və rəngidir. Bu sayədə düşmənlərindən ən yaxşı şəkildə gizlənə bilirlər.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 yorum:

Yorum Gönder