Patoo

Allah, patoo adı verilən quşa "təqlid edə bilmə" qabiliyyəti vermişdir. Patoo ağac kötüyünə qonur və tükləri ilə eyni rəngdə olan kötükdə heç görünmür. Lakin yanına yaxınlaşdıqca təqlidini daha mükəmməlləşdirmək üçün hərəkət etməyə başlayır. Çox yavaş bir şəkildə quyruğunu endirir və onu ağac kötüyünün dəliyinə soxur. Beləliklə, quşla ağacın birləşmə yeri tamamilə nəzərdən itir. Sonra yenə eyni yavaşlıqda, dimdiyi dik olaraq səmaya dönənə qədər başını qaldırır və gözlərini yumur. Quşun xüsusiyyəti göz qapaqları bağlı olmasına baxmayaraq görə bilməsidir. Hər iki göz qapağında da çox kiçik şaquli yarıqlar var. Bu yarıqlar quşun həssas gözlərinə işığın düşməsini təmin edir.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 yorum:

Yorum Gönder