Böyük Kamuflyaj Ustası: Buqələmun


Kamuflyaj sənətinin ən böyük ustalarından biri şübhəsiz buqələmundur. Buqələmun xüsusilə kamuflyaj sürəti ilə heyrətamizdir. Digər bir çox sürünən də, rəng dəyişdirmə qabiliyyətinə sahib olduğu halda, heç biri bunu buqələmun qədər sürətlə yerinə yetirə bilmir.

Buqələmun istədiyi anda olduğu yerin rənginə uyğunlaşır və beləliklə özünü gizlədir. Özünü etibarlı hiss etdiyi zaman isə dərisinə müxtəlif rənglər verərək sanki sənətini nümayiş etdirir.

Rəssamın naxışı kanvaya (kanva - üzərində naxış işləmək üçün dama-dama tor) köçürməsi çox zaman tələb edir. Halbuki buqələmun olduğu mühitin naxışını bir anda təqlid edə bilir.

Buqələmunun bu fövqəladə qabiliyyəti bədənində yaradılan və rəngə həssas olan xüsusi hüceyrələrə əsaslanır. Bu hüceyrələr son dərəcə kompleks olub, özlərinə gələn işığa görə pigmentlərini nizamlayır, həm də bunu fövqəladə bir sürətlə edirlər. Bu kompleks quruluş heç bir təsadüflə açıqlana bilməz. Keçmişdə buqələmunun belə bir sistemə ehtiyac duyduğu, sonra bunu düşünüb hazırladığı və öz bədəninə yerləşdirdiyi də iddia edilə bilməz. Buqələmunun rəng dəyişdirmə qabiliyyəti yaradılışın açıq bir dəlilidir.

Bu nümunələrlə Allah bizə sonsuz elm və sənətinin bir nümunəsini göstərir. Bir Quran ayəsində buyurulduğu kimi, Allah qüsursuzca yaradandır:

Buqələmunlar ən yaxşı rəng dəyişdirən canlılardandır. Buqələmunun üzərinə qoyulan yarpağın izi bir müddət sonra heyvanın dərisində, üstəlik eyni rəng və naxışlarla ortaya çıxir.

O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr surəsi, 24)

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 yorum:

Yorum Gönder